BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bazarda baş verən yanğın söndürüldü - FOTO - YENİLƏNDİ

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın söndürülüb.



Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

***

17:55

 

Bakıda bazar yanır.

 
Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə,  "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.


Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Əlavə məlumat veriləcək.

Fotoları təqdim edirik
Tarix: 14 Dekabr 2019, 18:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin