Tanınmış şairin oğlu dənizdə batdı - FOTO

Xəbər verdiyimiz kimi, dünən Sumqayıtda dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat yayılıb. 

 

Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib. Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Vəliyev Pərvizin axtarışları isə davam etdirilir.

 

Pravda.az-ın xəbərinə görə, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur.

 

Bu barədə yazıçı Şərif Ağayar sosial şəbəkədə məlumat verib: “Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı”.

Fotoları təqdim edirik
Tarix: 1 Avqust 2020, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin