BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini təbliğ etməlidir”

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

 

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Dünyanın geniş yayılmış dillərindən biridir. Bu dildə 50 milyondan artıq adam danışır. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

 

Ana dilimiz milli sərvətimizdir, dövlət müstəqilliyimiz, dövlətçiliyimiz əbədi olsun!

 

Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə sizi təbrik edirəm!

 

İltizam Yusifov

 

Milli Məclisin deputatı

 

Tarix: 1 Avqust 2020, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin