BURADA REKLAMINIZ OLA
BİLƏR

Amerikanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

“Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq”.


Bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımında qeyd edilib.


“ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”, - səfirlikdən bildirilib.

 


 

Tarix: 26 Fevral 2026, 10:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin