BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunun rəisinin oğlunun İngiltərədə çoxsaylı mənzilləri üzə çıxdı - Milyonluq layihə - FOTO

“Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb.


Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.


C.Həsənli bildirib ki, iyunun 29-da bununla bağlı razılaşma əldə olunub, iyulun 21-də müqavilənin tələblərinə uyğun olaraq ödəmə Britaniyanın Barclay's Bank UK PLC bankı vasitəsilə icra olunub: "41 səhifəlik müqavilənin şərtləri əsasında vəsaitin həcmi və hansı məqsədlə köçürülməsinin detalları məxfi saxlanılır. Metropoliten rəisinin oğlu tikinti və daşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək Callington yaxınlığında Downgate-də böyük ərazini satın alaraq, çoxsaylı evlər tikib, satışa çıxarıb".

Fotoları təqdim edirik
Tarix: 1 Avqust 2020, 15:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin