BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanda vətəndaşlarımızın rifah halı prioritetdir”

Gürcüstan hökuməti 1 mart 2026-cı il tarixindən etibarən xarici vətəndaşların taksi sürücüsü, kuryer və tur bələdçisi kimi işləməsinə qadağa qoyub. Qadağa Gürcüstan vətəndaşlarının maraqlarının qorunması, yerli əhalinin məşğulluğunu artırmaq məqsədilə ilə bağlıdır.

 

Bu növ qərar Azərbaycandakı miqrantlar barəsində də verilə bilərmi?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərovun sözlərinə görə, Gürcüstanda işəgötürənlər əcnəbini işə götürməzdən əvvəl vakansiyanı rəsmi portalda yerləşdirməli və 10 gün ərzində yerli namizəd tapılmadıqda icazə almalıdırlar.

 

O bildirib ki, bu sistem ölkədə uzun müddətdir tətbiq olunur: “Belə ki, mövcud sahələrdəki vakansiyalar Dövlət Məşğulluq Xidmətinə yerləşdirilir və işəgötürənlər də seçim edərkən əsasən yerli vətəndaşlara üstünlük verir. Ümumiyətlə, Azərbaycanda istər dövlət idarələrində, istərsə də özəl müəssisələrdə vətəndaşların işlə təmininə üstünlük verilir. Doğrudur, bizim dövlətimizdə bununla bağlı hər hansı qadağa yoxdur, xarici vətəndaşların da əmək fəaliyyətiylə məşğul olmaq hüququ var. Bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da ilk növbədə vətəndaşlarımızın rifah halı prioritetdir”.

 

Şəhanə Quliyeva

Tarix: 27 Fevral 2026, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin