“Ali təhsil müəssisələrində tələbələrin ballarının məqsədyönlü şəkildə kəsilməsi və onların əlaçı təqaüdü almasına maneələr yaradılması ilə bağlı iddialar artıq ölkənin ali qanunverici orqanında – Milli Məclisdə səsləndirilməyə başlanıb. Millət vəkili Naqif Həmzəyevin İnsan hüquqları komitəsinin iclasında qaldırdığı bu məsələ ali təhsil sistemində şəffaflıq və tələbə hüquqlarının qorunması baxımından ciddi siqnal hesab olunmalıdır. Deputat konkret bir universitet adı çəkməsə də, tələbələrin kütləvi şəkildə müraciət edərək ballarının qəsdən azaldıldığını və bunun nəticəsində təqaüd almaqda çətinlik çəkdiklərini bildirmələri, problemin artıq fərdi şikayət çərçivəsindən çıxdığını göstərir”.
Bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Şəmsi Qocayev deyib.
O bildirib ki, bu cür iddialar adətən Bakı Dövlət Universiteti kimi minlərlə tələbənin təhsil aldığı nəhəng müəssisələrdə tez-tez gündəmə gəlir: “Hərçənd konkret sübutlar və ya rəsmi sənədlər təqdim edilməsə də, tələbə mühitində formalaşan “əlaçı limiti” qorxusu və universitetlərin daxili xərclərə qənaət etmək məqsədilə süni maneələr yaratmaları şübhələri cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə, publik hüquqi şəxs statusuna keçən universitetlərin öz büdcələrini formalaşdırarkən təqaüd fonduna münasibəti bu cür neqativ halların yaşanma ehtimalını artırır. Tələbənin imtahan zamanı topladığı balın subyektiv yanaşma ilə aşağı salınması təkcə onun maddi durumuna zərbə vurmur, həm də gələcək karyerası üçün əsas olan akademik göstəricilərini zədələyir. Məsələnin Ombudsmana yönləndirilməsi təklifi isə bu sahədə müstəqil monitorinq mexanizminin yaradılmasına ehtiyac olduğunu göstərir. Universitetdaxili apellyasiya komissiyalarının çox vaxt “müəllim həmrəyliyi” nümayiş etdirərək obyektivlikdən uzaq qaçması, tələbələrin hüquqi baxımdan müdafiəsiz qalmasına səbəb olur. Bir tələbənin biliyi deyil, onun alacağı təqaüdün məbləği qiymətləndirmədə əsas götürülürsə, bu, təkcə təhsilin keyfiyyətinə deyil, həm də dövlətin təhsil siyasətinə qarşı atılan bir addımdır. Deputatın da vurğuladığı kimi, rəsmi məlumat olmasa da, ciddi şikayətlərin varlığı problemin kökündə dayanan səbəblərin mütləq araşdırılmasını tələb edir”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin