BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhaliyə xəbərdarlıq: Avqustun 4-dək...

Avqustun 2-si axşamdan avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. 

 

Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Avqustun 2-də Azərbaycanın şimal və qərb rayonlarında, avqustun 3-də isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

 

Qərb küləyi əsəcək, avqustun 2-də gündüz və avqustun 3-də küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

 

Havanın temperaturu avqustun 3-də 3-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Tarix: 1 Avqust 2020, 17:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin