Reklam

Qərərgah rəisindən bazardakı yanğınla bağlı AÇIQLAMA

“3-cü mikrorayon bazarı"nda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub. Yanğın bazarın bir hissəsini əhatə edib”.


Pravda.az-ın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.


Onun sözlərinə görə, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır.


Hadisə yerinə 5 təcili yardım maşını cəlb olunub, xəsarət alan yoxdur.

Tarix: 14 Dekabr 2019, 19:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin