BURADA REKLAMINIZ OLA
BİLƏR

“Korrupsiyanın kökünü kəsməyin yolunu məmurları Azadlıq meydanında asmaqda görürlər”

“Millət vəkili Erkin Qədirli gəlir və xərclərini elan edəndə çox sevinmişdim ki, cəmiyyətdə ilk dəfə arzuladığımız baş verir. Təəssüf ki, bir neçə gündür məhz bu addımına görə Erkin bir qrup tərəfindən intensiv tənqid olunur. Bunun nədən qaynaqlandığını heç cür anlaya bilmirəm. Bildiyim odur ki, ağlı başında olan bu addımı alqışlayıb Erkinin üzərinə getmək əvəzinə başqa deputatlardan, vəzifəli şəxslərdən də eyni addımlar atmalarını tələb edərdi. Korrupsiyanın kökünün kəsilməsinin ilk addımı da məhz budur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov qeyd edib ki, belələri Erkin Qədirlinin bu addımını lağa qoyub, korrupsiyanın kökünü kəsməyi yalnız ucdantutma həbslərdə, məmurları Azadlıq meydanında asmaqda görürlər: “Məhz bu qrupun aktivliyi bir çox insanları ölkədə dəyişiklik yaradacaq addımları atmaqdan çəkindirir”.

Tarix: 1 Avqust 2020, 19:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin