BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını öldürmək istəyən sərxoş gəncin kassasiya şikayəti təmin edilmədi

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əlövsət Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.   

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. 

 

İttihama görə, hadisə 2024-cü il paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, 2003-cü il təvəllüdlü Əlövsət Kərimov tanışı, zərərçəkmiş İmran Kərimovla (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin onunla birlikdə gəzmək barədə təklifindən imtina etməsi və nalayiq ifadələrlə təhqir etməsi olub. Bu zaman o, üzərində gizlətdiyi bıçaqla İmrana ardıcıl zərbələr (6 bıçaq) vuraraq öldürməyə cəhd göstərib.

 

Hadisədən sonra Əlövsət Kərimov saxlanılıb.

 

Qeyd: Hadisədən əvvəl hər iki şəxs yeyib-içərək sərxoş olub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 13 gün müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 2 Mart 2026, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin