BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftin dünya bazarında qiyməti 100 dollara çata bilər - AÇIQLAMA

“İranda baş verən müharibə qlobal neft bazarına təsirsiz ötüşmür və ötüşməyəcək. Nəticə etibarilə, neft ixracatında və daşınmasında problemlərin yaşanması neftin dünya bazarındakı qiymətinə artıq təsir göstərməkdədir. Yeni həftəyə neft 6%-dən çox artımla başlayıb. Belə ki, "Brent" markalı neftin qiyməti artıq hər barrel üçün 80 dollara çatıb. Bu baxımdan neftin dünya bazarında da qiymətində artımların olacağı gözlənilir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Vüqar Bayramov: “Prezidentin BMT Baş Assambleyasındakı çıxışı qlobal  xarakter daşıyırdı” Pravda.az

Deputat bildirib ki, neftin dünya bazarındakı qiymət artımı praktik olaraq neft ölkələri üçün valyuta gəlirlərinin artmasına səbəb olacaq: “Azərbaycan neft ixrac edən ölkədir. Neftin dünya bazarında qiymətinin yüksəlməsi neft satışından daxil olan valyutanın həcminin artımına gətirib çıxaracaq. İlkin gözlənti budur ki, savaş dərinləşərsə, regionu əhatə edərsə, o zaman neftin dünya bazarında qiymətinin hətta 100 dollara qədər bahalaşmasını müşahidə edə bilərik. Praktiki olaraq analitiklər də neftin dünya bazarında qiymətinin, xüsusən, Hörmüz boğazı bağlanacağı, orada yükdaşımalarda problem olacağı halda məhz bahalaşmanın davam edəcəyini deyirlər. Hazırda isə gözlənti budur ki, müharibə davam edərsə, neftin bir barreli 80-90 dollar arasında dəyişəcək. "Goldman Sachs", həm də "Mackenzie İnvestments"in qiymətləndirməsinə əsasən, bu, birbaşa boğaz vasitəsilə yüklərin daşınması vəziyyətindən, eyni zamanda müharibənin hansı müddəti əhatə etməsindən asılı olacaq. Dediyimiz kimi, müharibənin uzunmüddətli dövrü neftin dünya bazarında qiymətinin artımına səbəb ola bilər. Bütün hallarda neftin bahalaşması neft ölkələrinin, eləcə də Azərbaycanın valyuta gəlirlərinin artmasına gətirib çıxarır. Qızılın bahalaşmasına gəlincə, İran qızıl ixrac edən ölkələr sırasında xüsusi yerə malik deyil. Qızılın qiymətindəki artımlar İran müharibəsindən əvvəl də müşahidə olunurdu”.

 

Aytəkin Qardaşova

Tarix: 2 Mart 2026, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin