BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Quru sərhədlərin bağlı olmasının vacibliyi bir daha təsdiqini tapdı”

“Dünyada baş verən proseslər fonunda Azərbaycanın quru sərhədlərinin bağlı olmasının vacibliyi bir daha təsdiqini tapdı”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, hər şeydən üstün dövlətin, millətin təhlükəsizliyinin təmin olunmasıdır: “Quru sərhədlər bağlanan dövrdə  müəyyən etiraz edənlər var idi ki, maddi çətinlik yaranır, gediş-gəliş çətinləşir. Hər kəs öz mövqeyini bildirirdi. Dəfələrlə dedim ki, bizi həmişə narahat edən bir nömrəli məsələ dövlətimizin, millətimizin təhlükəsizliyinin təmin olunmasıdır. Quru sərhədlərimizi elə belə, nəyə görəsə bağlı saxlamırdıq... Bax, belə günlər var. Bundan əvvəl də problemlər həmişə olub. Bu gün də quru sərhədlərin bağlı olması nə qədər vacibdir, bir daha təsdiqini tapdı”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Mart 2026, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin