“Ali təhsil müəssisələrimiz hələ də 50 il əvvəlin metodları ilə, gənci yalnız nəzəriyyəni əzbərləməyə və imtahandan keçməyə kökləyir. Universitet daxilində bircə gün belə real biznes mühiti görməyən, “idarəetmə fəlsəfəsi”ndən bixəbər olan məzun necə iş yeri aça bilər? Ali məktəblər “diplomlu işsizlər ordusu” yetişdirir, amma məsuliyyəti gəncin üzərinə atıb “özünə iş qur” deyirlər. Bu, ən azından ədalətsizlikdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Şəmsi Qocayev elm və təhsil nazirinin müavini Firudin Qurbanovun “Bu gün məzun iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir” fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, bu real həyatdan uzaq, bəlkə də yalnız “hesabatlar üçün” keçərli olan bir yanaşmadır: “İş yeri açmaq üçün təkcə arzu kifayət deyil, kapital lazımdır. Universitet dörd il ərzində gəncin ailəsinin büdcəsini “təhsil haqqı” adı ilə sümürürsə, məzun olan gün o gəncin cibində bircə manat belə qalmır. Banklar onsuz da girovsuz kredit vermir. Bəs bu məzun hansı vəsaitlə iş yeri açmalıdır? Nazirlik rəsmisi iş yeri açmaq deyəndə küçədə qanunsuz ticarəti nəzərdə tutmur ki?! Bu gün Azərbaycan gənci üçün “iş yeri açmaq” – vergi idarəsi, icarə haqları, sığorta öhdəlikləri və bitib-tükənməyən yoxlamalarla üz-üzə qalmaq deməkdir. Məzun üçün real güzəştlər, vergi tətilləri, “başlanğıc qrantları” yox dərəcəsindədir. Reallıq budur ki, bu mühitdə məzun iş yeri açmır, sadəcə olaraq borc bataqlığına qərq olur. Hörmətli müavin bildirir ki, məzun iş axtarmamalıdır. Bəs sual olunur: Əgər məzunların hamısı iş yeri açsa, bəs nazirliyin tabeliyindəki məktəblərdə, dövlət müəssisələrində kim işləyəcək? Bu məntiqlə çıxış etsək, deməli, dövlətin gənc və peşəkar kadrlara ehtiyacı yoxdur? Bu, gəncləri açıq-aşkar taleyin ümidinə buraxmaq deyilmi? Məzuna “iş axtarma, iş qur” demək, üzməyi öyrətmədən insanı dənizə atmaq kimidir. Universitetlər gənci real həyata hazırlamırsa, dövlət ona maliyyə təminatı vermirsə, bu çağırışlar sadəcə ritorikadan başqa bir şey deyil. Gəncləri xəyallarla aldatmaq olmaz, onlara ya layiqli iş yeri, ya da iş qurmaq üçün real təminat verilməlidir”.
Şəhanə Quliyeva
5 Mart 14:19
5 Mart 14:09
5 Mart 13:50
5 Mart 13:37
5 Mart 13:31
5 Mart 13:24
5 Mart 13:13
5 Mart 13:12
5 Mart 13:11
5 Mart 13:08
5 Mart 12:54
5 Mart 12:51
5 Mart 12:49
5 Mart 12:46
5 Mart 12:45
5 Mart 12:44
5 Mart 12:39
5 Mart 12:36
5 Mart 12:12
5 Mart 11:56
5 Mart 11:52
5 Mart 11:45
5 Mart 11:35
5 Mart 11:34
5 Mart 11:33
5 Mart 11:29
5 Mart 11:27
5 Mart 11:26
5 Mart 11:18
5 Mart 11:10
5 Mart 10:53
5 Mart 10:45
5 Mart 10:43
5 Mart 10:40
5 Mart 10:37
5 Mart 10:24
5 Mart 10:22
5 Mart 10:22
5 Mart 10:19
5 Mart 10:17
5 Mart 10:16
5 Mart 10:14
5 Mart 10:11
5 Mart 09:57
5 Mart 09:38
5 Mart 09:28
5 Mart 02:13
5 Mart 00:40
5 Mart 00:01
4 Mart 23:21
4 Mart 22:22
4 Mart 22:19
4 Mart 22:18
4 Mart 21:49
4 Mart 21:47
4 Mart 20:07
4 Mart 19:25
4 Mart 19:22
4 Mart 19:16
4 Mart 18:53
4 Mart 18:52
4 Mart 18:50
4 Mart 18:49
4 Mart 18:46
4 Mart 18:39
4 Mart 18:37
4 Mart 18:35
4 Mart 18:34
4 Mart 18:32
4 Mart 18:16
4 Mart 18:05
4 Mart 18:02
4 Mart 17:59
4 Mart 17:52
4 Mart 17:33
4 Mart 17:08
4 Mart 17:00
4 Mart 16:54
4 Mart 16:43
4 Mart 16:41
4 Mart 16:22
4 Mart 16:20
4 Mart 16:18
4 Mart 16:15
4 Mart 16:07
4 Mart 15:40
4 Mart 15:30
4 Mart 15:16
4 Mart 15:16
4 Mart 15:14
4 Mart 15:11
4 Mart 15:04
4 Mart 15:02
4 Mart 15:00
4 Mart 14:36
4 Mart 14:29
4 Mart 14:25
4 Mart 13:25
4 Mart 13:09
4 Mart 12:54
4 Mart 12:49
4 Mart 12:46
4 Mart 12:33
4 Mart 12:31
4 Mart 12:24
4 Mart 12:21
4 Mart 11:59
4 Mart 11:54
4 Mart 11:50
4 Mart 11:37
4 Mart 11:36
4 Mart 11:34
4 Mart 11:26
4 Mart 11:18
4 Mart 11:14
4 Mart 11:13
4 Mart 10:40
4 Mart 10:24
4 Mart 10:22
4 Mart 09:00
4 Mart 08:49
4 Mart 08:47
4 Mart 08:37
4 Mart 08:32
4 Mart 08:27
4 Mart 08:22
4 Mart 08:16
4 Mart 08:12
4 Mart 08:08
4 Mart 08:06
4 Mart 08:02
4 Mart 00:34
4 Mart 00:30
3 Mart 22:55
3 Mart 22:53
3 Mart 22:12
3 Mart 22:10
3 Mart 22:09
3 Mart 22:04
3 Mart 19:57
3 Mart 18:54
3 Mart 18:50
3 Mart 18:30
3 Mart 18:11
3 Mart 17:57
3 Mart 17:22
3 Mart 17:19
3 Mart 17:17
3 Mart 17:15
3 Mart 16:36
Ən son xəbərləri səhifəmizdən də izləyin