BURADA REKLAMINIZ OLA
BİLƏR

Professor: “Tibbi turizm inkişafı reklamla həll olunası məsələ deyil”

Bu gün tibbi turizm bir çox ölkələrdə gəlirli sahələrdən biridir. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycan mövcud potensialından hələ də kifayət qədər istifadə edə bilmir.

 

Bəs Azərbaycanda tibbi turizmin inkişafı nə üçün zəifdir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən professor Adil Qeybullanın sözlərinə görə, Azərbaycandan xaricə xəstə axını daha çoxdur.

 

O bildirib ki, əvvəllər bu axın kütləvi formada İrana idi: “Sərhədlər bağlandığına görə hazırda axın Türkiyə və Avropa ölkələrinə var. İran ərazisində baş verən müharibənin ölkənin səhiyyəsinə, müalicə üçün ora axın edənlərə necə təsir edəcəyini, vəziyyətin necə olacağını demək çox çətindir. Amma bizim ölkəmizə heç olmasa orta səviyyədə axını təmin etmək üçün səhiyyəyə güvən olmalıdır. Bu da kiminsə saytına, reklamına görə axın olmur. Bu ya hansısa həkim kəşfi ilə fərqlənir İlizarov kimi... Belə həkimin harda olmağından asılı olmayaraq müayinə üçün insanlar axışırlar. Ya da ölkənin səhiyyəyə, səviyyəsinə güvən olur. Türkiyə, Almaniya belə ölkələr sırasındadır. İnkişafı təmin etmək reklamla həll olunası məsələ deyil. Səhiyyəni sistemə çevirmək, tibbi kadrların görəcəyi işlərin peşəkarlığını həqiqətən dünyaya tanıtmaq lazımdır. Buna da zaman lazımdır”.

 

Şəhanə Quliyeva

Tarix: 4 Mart 2026, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin