BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçdi

Bakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

 

Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib. Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub. Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 2 Avqust 2020, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin