Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluq, qanunsuz narkotik saxlama və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərovun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Ayaz İsgəndərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini, yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə – narkotik vasitənin saxlanılması faktı üzrə təqsirini qəbul etdiyini deyib.
O, ifadəsində söyləyib ki, “Telegram” sosial şəbəkəsində “Petroviç” adlı istifadəçi ilə tanış olub. Bildirib ki, həmin vaxt özünə məxsus suşi hazırlanan obyekti və kuryer fəaliyyəti olsa da, maddi vəziyyəti ağır idi və pula ehtiyacı var idi.
Onun sözlərinə görə, “Telegram”da “100 manata M10 alıram” başlıqlı elan görərək maraqlanıb. Qarşı tərəf ona “coin” satışı ilə məşğul olduqlarını və Azərbaycanda bu iş üçün adama ehtiyac duyduqlarını bildirib. İlk olaraq 50 manat avans aldığını, daha sonra isə öz adına və nənəsinin adına iki ədəd M10 elektron pulqabı açaraq həmin şəxslərə təqdim etdiyini deyib. Bunun müqabilində hesabına 300 manat köçürüldüyünü söyləyib.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra ondan video çəkib paylaşmaq tələb olunub və proqramdan çıxaraq mobil nömrəsini deaktiv etməsi istənilib. O da deyilənləri etdiyini və dərhal hesabına 600 manat köçürüldüyünü bildirib.
Ayaz İsgəndərovun sözlərinə görə, sonradan həmin platformalara giriş-çıxışı olmayıb və yalnız bir dəfə daxil olub. 35 000 manatlıq köçürmə ilə bağlı “Petroviç”ə sual verdiyini, ona bunun dostuna aid pul olduğu cavabının verildiyini deyib. Əvvəllər M10 üzərindən 99 manatlıq köçürmələr etdiyini və müqabilində 200–300 manat qazandığını bildirib.
Təqsirləndirilən şəxs qeyd edib ki, qarşı tərəf Azərbaycan banklarının adından saxta reklamlar və linklər paylaşmaq, vətəndaşlara kart məlumatlarının oğurlanması ilə bağlı yalan məlumatlar vermək və bu yolla əldə olunan vəsaitləri ələ keçirmək barədə onunla heç bir danışıq aparmayıb. Bildirib ki, pulların oğurluq yolu ilə əldə edildiyini bilsəydi, buna razı olmazdı.
O, zərərçəkmiş tələbənin 1 200 manatlıq zərərinin bir hissəsinin nənəsi tərəfindən ödənildiyini, hesabında olan və özünə aid olmayan vəsaitləri isə aidiyyəti üzrə qaytardığını deyib.
Həmçinin saxlanılarkən üzərindən metadon adlı psixotrop tərkibli həblərin aşkar edilərək götürüldüyünü etiraf edib.
Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev ifadəsində bildirib ki, hadisə baş verən zaman bank kartında ümumilikdə 103 993 manat vəsait olub. Bu məbləğin 40 000 manatı dövlət tərəfindən, 38 000 manatı sığorta ödənişi kimi, qalan hissəsi isə mərhum qızı – Milli Qəhrəman Hökümə Əliyevanın sığorta ödənişindən ibarət olub.
Zərərçəkmiş bildirib ki, hadisə günü axşam saatlarında ona zəng edən şəxs özünü “Kapital Bank”ın əməkdaşı kimi təqdim edib. Həmin şəxs kartının şifrəsinin ələ keçirildiyini və vəsaitin oğurlanma təhlükəsi olduğunu deyərək, kartı “sığortalamaq” lazım gəldiyini bildirib.
Zərərçəkmiş banka getmək istədiyini desə də, qarşı tərəf vaxtın gec olduğunu, vəsaitin başqa karta köçürülməli olduğunu və bundan sonra sığortalanacağını deyib. O da kartında olan vəsaiti hər dəfə 15 000 manat olmaqla başqa karta köçürüb. Ümumilikdə 80 500 manat köçürdükdən sonra zəng edən şəxsə Milli Qəhrəman Hökümə Əliyevanın atası olduğunu bildirsə də, qarşı tərəfin buna əhəmiyyət vermədiyini deyib.
Sonradan bank filialına müraciət etdikdə vəsaitin oğurlandığı məlum olub. Bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək şikayət edib.
Cəlil Alıyev söyləyib ki, ona dəymiş 80 500 manat ziyan dövlət tərəfindən ödənilib. Lakin təqsirləndirilən şəxs tərəfindən ona hər hansı məbləğ qaytarılmayıb və o, təqsirləndirilən şəxsdən şikayətçidir.
İttihama görə, Ayaz İsgəndərov xaricdə yaşayan “Petroviç” soyadlı şəxslə cinayətkar əlaqəyə girib və Azərbaycanda onun üçün “m10” pul kisələri yaradaraq hər birini 300 manata satıb. Kuryer işləyən Ayaz aldığı tapşırıqlar əsasında sosial şəbəkələrdə “ABB-dən payız sürprizi” və digər bu kimi yalan məzmunlu elan yerləşdirib.
Həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və “OTP” təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil edib.
O və digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib qeyd edilən kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə ediblər.
Məhkəmənin hökmü ilə Ayaz İsgəndərovu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov
18 Aprel 00:49
18 Aprel 00:45
17 Aprel 22:28
17 Aprel 21:45
17 Aprel 20:34
17 Aprel 19:26
17 Aprel 19:02
17 Aprel 18:22
17 Aprel 17:42
17 Aprel 17:28
17 Aprel 17:05
17 Aprel 16:53
17 Aprel 16:52
17 Aprel 16:51
17 Aprel 16:45
17 Aprel 16:40
17 Aprel 16:37
17 Aprel 16:30
17 Aprel 16:27
17 Aprel 16:26
17 Aprel 16:25
17 Aprel 16:18
17 Aprel 16:12
17 Aprel 16:09
17 Aprel 15:34
17 Aprel 15:10
17 Aprel 15:07
17 Aprel 15:05
17 Aprel 15:01
17 Aprel 14:53
17 Aprel 14:52
17 Aprel 14:50
17 Aprel 14:48
17 Aprel 14:20
17 Aprel 13:57
17 Aprel 13:56
17 Aprel 13:31
17 Aprel 13:28
17 Aprel 13:12
17 Aprel 13:05
17 Aprel 13:03
17 Aprel 12:52
17 Aprel 12:46
17 Aprel 12:33
17 Aprel 12:28
17 Aprel 12:21
17 Aprel 11:48
17 Aprel 11:47
17 Aprel 11:25
17 Aprel 10:59
17 Aprel 10:48
17 Aprel 10:41
17 Aprel 10:35
17 Aprel 10:27
17 Aprel 10:07
17 Aprel 09:45
17 Aprel 08:52
17 Aprel 08:39
17 Aprel 08:33
17 Aprel 08:27
17 Aprel 08:23
17 Aprel 08:19
17 Aprel 08:11
17 Aprel 08:07
17 Aprel 08:04
17 Aprel 07:40
17 Aprel 01:34
17 Aprel 01:30
17 Aprel 00:48
17 Aprel 00:47
17 Aprel 00:45
16 Aprel 23:01
16 Aprel 21:53
16 Aprel 21:13
16 Aprel 20:54
16 Aprel 20:22
16 Aprel 20:18
16 Aprel 20:15
16 Aprel 19:57
16 Aprel 19:55
16 Aprel 19:50
16 Aprel 19:25
16 Aprel 19:09
16 Aprel 19:08
16 Aprel 19:01
16 Aprel 17:48
16 Aprel 17:08
16 Aprel 17:06
16 Aprel 17:00
16 Aprel 16:42
16 Aprel 16:30
16 Aprel 16:14
16 Aprel 16:14
16 Aprel 16:13
16 Aprel 16:08
16 Aprel 16:05
16 Aprel 15:56
16 Aprel 15:46
16 Aprel 15:45
16 Aprel 15:27
16 Aprel 15:23
16 Aprel 15:08
16 Aprel 15:05
16 Aprel 14:58
16 Aprel 14:52
16 Aprel 14:29
16 Aprel 14:09
16 Aprel 13:39
16 Aprel 12:48
16 Aprel 12:43
16 Aprel 12:42
16 Aprel 12:37
16 Aprel 12:30
16 Aprel 12:23
16 Aprel 12:17
16 Aprel 11:55
16 Aprel 11:46
16 Aprel 11:38
16 Aprel 11:30
16 Aprel 11:10
16 Aprel 11:02
16 Aprel 10:57
16 Aprel 10:49
16 Aprel 10:39
16 Aprel 10:36
16 Aprel 10:32
16 Aprel 10:26
16 Aprel 10:20
16 Aprel 10:16
16 Aprel 09:57
16 Aprel 09:56
16 Aprel 09:49
16 Aprel 09:44
16 Aprel 09:35
16 Aprel 09:27
16 Aprel 09:20
16 Aprel 09:08
16 Aprel 08:23
16 Aprel 01:02
16 Aprel 00:29
16 Aprel 00:22
16 Aprel 00:12
15 Aprel 23:54
15 Aprel 22:21
15 Aprel 22:17
15 Aprel 21:18
15 Aprel 20:33
15 Aprel 20:32
15 Aprel 20:10
15 Aprel 19:24
Ən son xəbərləri səhifəmizdən də izləyin