BURADA REKLAMINIZ OLA
BİLƏR

İran səfirliyindən Naxçıvanla bağlı AÇIQLAMA

Naxçıvan aeroportuna düşən İran PUA-larının sayı ən azı ikidir. Bu barədə Axar.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

 

Qeyd edilib ki, “Şahid” PUA-ları olduğu ehtimal edilən dronların Naxçıvan aeroportuna hücum etdiyi, yoxsa təsadüfən düşdüyü haqda heç bir bilgiyə sahib deyillər:

 

“Xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur. Dronlar ora səhvən düşdüyü, yoxsa hücum etdiyi haqda məlumatımız yoxdur. Bu barədə rəsmi cavab almamışıq”.

 

Xatırladaq ki, bu gün İranın PUA-ları naxçıvan aeroportuna düşüb. Dronlardan biri hava limanına ziyan verib, digəri isə aeroport yaxınlığındakı məktəb ərazisinə düşüb.

Tarix: 5 Mart 2026, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin