BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənilər hücum etdi, xəsarət alanlar var

Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.

 

Pravda.az xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun “North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb.

 

Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub.

 

Hadisə ilə əlaqədar Toronto polisi əraziyə cəlb edilib, araşdırma aparılır.Report

Tarix: 2 Avqust 2020, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin