BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: "İran Azərbaycandan üzr istəməlidir"

İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi bu ölkənin məkrli siyasətindən xəbər verir. Bu addım tamamilə yanlış qərardır və Azərbaycanın İrana qarşı olan münasibətlərinə əsla uyğun deyil.

 

Bunu Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

 

C.Osmanov qeyd edib ki, regionda hər zaman sülh və əməkdaşlıq tərəfdarı olan Azərbaycan İran İslam Respublikası ilə həm qonşu, həm də eyni dinə mənsub ölkələr olduğu üçün dostluq, yaxın qonşuluq münasibətlərinin qurulmasında maraqlı olub: "Lakin hər dəfə İrandan əks münasibətin sərgiləndiyinin şahidi olmuşuq.

 

Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi məsələsinə İran tərəfindən qısa zamanda açıqlama verilməli və Azərbaycandan rəsmi qaydada üzr istənilməlidir. Görünür ki, molla rejimi çökmək üzrə olduğu üçün regionda münaqişənin miqyasının genişlənməsinə çalşır. Lakin bu tamamilə yanlış yanaşmadır.

 

İran İslam Respublikası Azərbaycana qarşı olan məkrli siyasətə son qoymalıdır. Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib. Azərbaycan dövlətinin mövqeyi regionda sabitlik və sülhün qorunub saxlanmasıdır. Azərbaycan güclü dövlətdir və qüdrətli orduya malikdir. Molla rejimi bunu dərk etməli və Azərbaycana qarşı atılacaq istənilən addıma cavab veriləcəyini unutmamalıdır".

Tarix: 5 Mart 2026, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin