Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elmar Nəbiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə şərti cəza verilib və o, dərhal həbsdən azad olunub.
İttihama görə, hadisə 31 mart 2025-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən rayonu, Daşlı Çalğan kəndi ərazisində qeydə alınıb.
Belə ki, olaydan bir gün əvvəl Elmar Nəbiyev həmkəndlisi, zərərçəkmiş Asəf Kərimzadə (adı, soyadı şərtidir) ilə qarşılaşıb. Həmin vaxt tərəflər arasında birgə istifadə etdikləri su xətti ilə bağlı mübahisə yaranıb. Zərərçəkmiş şəxs su xəttini özünün çəkdirdiyini və sudan artıq istifadə olunmamasını bildirdikdən sonra təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib və tərəflər arasında sözlü mübahisə baş verib.
Yaranmış vəziyyətə aydınlıq gətirmək və təhqirin səbəbini soruşmaq məqsədilə Elmar səhərisi günü Asəfə zəng edərək görüşmək istədiyini bildirib. Zərərçəkmiş şəxs iri buynuzlu heyvanlarını otardığı kəndin ərazisində yerləşən “Boyağlı dərə” adlanan yerdə olduğunu deyib və görüş həmin ərazidə baş tutub.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, tərəflər arasında şəxsi münasibətlər zəminində yenidən mübahisə yaranıb. Bu zaman Asəf əlində olan ağac parçası ilə Elmara zərbələr endirib. Nəticədə təqsirləndirilən şəxsə başın alın nahiyəsinin və sol əlin yumşaq toxumalarının əziyi, eləcə də sol bud nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirilib.
Bundan sonra Elmar istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi ov bıçağından istifadə edib. O, zərərçəkmiş şəxsə bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr endirərək xəsarət yetirib.
Daha sonra təqsirləndirilən şəxs həmin bıçağı ərazidəki kolluğa atıb. Lakin 01 aprel 2025-ci il tarixdə bıçağı özü taparaq istintaq orqanına könüllü şəkildə təhvil verib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Nəbiyev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin