İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumu regionda gərginliyi artırsa da, rəsmi Bakının qətiyyətli və ölçülmüş addımları vəziyyətin nəzarətdə saxlanılmasına imkan verib. Prezident İlham Əliyevin hadisə ilə bağlı sərgilədiyi sərt və prinsipial mövqe, eləcə də verdiyi açıqlamalar Azərbaycanın öz təhlükəsizliyi və suverenliyi məsələsində kompromisə getməyəcəyini bir daha nümayiş etdirib.
Dövlət başçısının göstərişi ilə Azərbaycan Silahlı Qüvvələrinin tam hazırlıq vəziyyətinə gətirilməsi, eyni zamanda İranla sərhədlərin bağlanması Bakının təhlükəsizlik məsələlərində operativ və qətiyyətli qərarlar qəbul etdiyini göstərir. Bu addımların ardınca Tehran tərəfinin daha ehtiyatlı mövqe nümayiş etdirməsi və insidentin araşdırılacağı ilə bağlı açıqlamalar verməsi diqqət çəkir.
Baş verənlər fonunda dünyanın bir sıra liderlərinin Prezident İlham Əliyevə telefon zəngləri etməsi və Azərbaycana dəstək ifadə etməsi isə ölkəmizlə beynəlxalq həmrəyliyin göstəricisi kimi dəyərləndirilir. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin mövqeyi diqqət çəkir. Əmirliklər rəhbərliyinin Azərbaycana açıq dəstək verməsi və İranın addımlarına münasibət bildirməsi regionda baş verən hadisələrə beynəlxalq reaksiyanın mühüm elementlərindən biri kimi ön plana çıxır. Bu zənglər və açıqlamalar Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının daha bir təsdiqi kimi qiymətləndirilir.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sherg.az-a açıqlamasında bildirib ki, baş verən hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən artıq istintaqa başlanılıb. Onun sözlərinə görə, hadisənin bütün detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və nəticələr rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq:
“Artıq İran tərəfi də bəyan edib ki, dron hücumunun hansı şəraitdə baş verdiyini araşdıracaqlar. İstintaqın nəticələrindən sonra hücumun kim tərəfindən və hansı şəraitdə həyata keçirildiyi tam şəkildə aydın olacaq”.
Sabiq nazir hesab edir ki, hazırda İranın siyasi rəhbərliyi müəyyən mənada xaotik vəziyyətdədir və bu da belə hadisələrin baş verməsi ehtimalını artırır:
“Ola bilsin ki, dronun Azərbaycan ərazisinə yönəlməsi barədə İran rəhbərliyinin özünün də məlumatı olmayıb. Çünki hazırda İranın dövlət idarəetmə sistemi əvvəlki kimi tam işlək vəziyyətdə görünmür. Müxtəlif güc mərkəzləri arasında koordinasiya problemləri ola bilər. Buna görə də hadisəyə tələsik siyasi qiymət vermək doğru olmaz. Ən düzgün addım istintaqın nəticələrini gözləməkdir”.
Məmmədyarovun sözlərinə görə, bir çox ölkələrin hadisəyə operativ reaksiya verməsi və dron hücumunu pisləməsi Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini göstərir:
“Digər dünya ölkələrinin Azərbaycana dərhal dəstək verməsi və İranın dron hücumunu açıq şəkildə pisləməsi müsbət haldır. Beynəlxalq ictimaiyyət və bir sıra dövlətlərin rəhbərləri Azərbaycana tam şəkildə dəstək ifadə ediblər. Bu isə Azərbaycanın son illərdə yürütdüyü balanslı və praqmatik xarici siyasətin nəticəsi kimi qiymətləndirilə bilər”.
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
Ən son xəbərləri səhifəmizdən də izləyin