BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfirlik: ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir, vəziyyəti diqqətlə izləyirik

ABŞ 5 mart tarixində İran tərəfindən Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.

 

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

"ABŞ-nin Azərbaycandakı səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayır", - məlumatda deyilir.

 

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Tarix: 6 Mart 2026, 20:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin