BURADA REKLAMINIZ OLA
BİLƏR

Özünü “Qəzetçi” kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunur - RƏSMİ

Son dövrlər sosial şəbəkələrdə özünü “Qəzetçi” kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunmaqdadır.

 

Pravda.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada qeyd olunub.

 

İctimai rəydə çaşqınlıq yaradan, əsas missiyası xaricdən ölkəmizin informasiya mühitini çirkləndirmək olan bu “resurs” guya 150 nəfər həkim və feldşerin hərbi səfərbərliyə cəlb edilərək İranla sərhəddə yerləşən Astara və Füzuli rayonlarına göndərildiyinə dair həqiqətə uyğun olmayan məlumat yayıb.

 

Bu kimi informasiya təxribatları qəti şəkildə pislənilir və belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır. Agentlik sonra bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə çağırıb.

Tarix: 6 Mart 2026, 21:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin