BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmid Herisçi işdən uzaqlaşdırıldı

Həmid Herisçi və həyat yoldaşı İlhamiyyə Rza tutduqları vəzifələrdən azad ediliblər. Məlumata görə, onların bütün media, ədəbi, ictimai və mədəni məsələlərlə bağlı fəaliyyətlərinə də məhdudiyyət tətbiq olunub.

 

Onların AzTV-nin Mədəniyyət TV kanalında yayımlanan “Əbədi Tənqid” verilişi də dayandırılıb.

 

Mətbuatın yazdığına görə, məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyi-nin sədri Anar Rzayevə müraciətlər edilsə də, A.Rzayev Həmid Herisiçinin AYB-dəki fəaliyyətinə son qoymayıb.

 

Qeyd edək ki, Həmid Herisçi son dövrlərdə İran və oradakı dini hakimiyyətlə bağlı açıqlamaları ilə gündəmə gəlirdi. Onun bu mövqeyi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş, bir çox istifadəçi tərəfindən sərt tənqid olunmuşdu.

Tarix: 8 Mart 2026, 23:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin