“Ağsaqqalların indi çoxunun saqqalı ağdır, amma əsl mənada ağsaqqal deyillər, müxtəlif həlləm-qəlləm işlərlə məşğuldurlar. Əvvəllər ağsaqqallar qarşıdurmanın qabağını alardılar. Kimsə başqasına zərər yetirsə, ağsaqqal gəlib iki kəlmə deyərdi, məsələ həll olunardı. İndi ağsaqqallar da özlərini o ağsaqqallar kimi aparmırlar. Toya gedirsən, görürsən ki, 70-80 yaşında ağsaqqalın gözü orda-burdadır. Hara baxırsan, köpək oğlu? Ağsaqqalın baxışı düz, davranışı nümunə olmalıdır. Söz bilmirsən, danışma. Yaxşısı danışmamaqdır. Söz bilirsən, söz danış. Ağsaqqalın sözü keçərli olmalıdır. Onun sözündə ibrət, qeyrət olmadısa, daha nə ağsaqqaldır? Ağsaqqala "ağsaqqal" demək üçün elə parametrlər var ki. İndi isə o deyil...”
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimov deyib.
O, Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyevin fəaliyyətindən gileylənib: “Nə olsun, Ağsaqqallar Şurasının sədrisən? Sədr olub nə etmisən? Qoy gedib qulağına çatsın. Yaşadığım rayonun Ağsaqqallar Şurasının qəsəbə üzrə sədriyəm. Rayonun icra başçısı mənə müraciət edib ki, qəbiristanlıqlar dolub, Qala kəndində yer var, Nəsimi rayonuna icazəsini versinlər, daha ölülərimizi bir-birinin üstündə basdırmayaq, ora aparaq. Dostumuz Eldar müəllim gəlmişdi, dedim ki, vəziyyət belədir. İcra sistemində ən yaşlısı mənəm deyə, problemi çatdırmağımı xahiş etmişdilər. Eldar Quliyev dedi ki, bir məktub yaz, ünvanıma göndər, yoluna qoyacağam. Eldar Quliyev o gedən gedib, dörd-beş ildir, gəlmir. Camaat da soruşur ki, nə oldu? Heç onu tanıyan yoxdur, axı məni rayonda tanıyırlar. İndi biz ölülərimizi itə ataq? İraq olsun. Əgər bir şeyi edə bilmirsənsə, onda niyə deyirsən, bizi yerimizdən edirsən?! Qınamıram, çox baryerlər var. Pirşağıda da mənə dedilər ki, yerimiz dolub, qəbir yeri ayırmayıblar. Deyirəm, mənə deyir ki, sənin nəyinə lazımdır. Necə yəni nəyinə lazımdır? Mənə axı müraciət edirlər, deyirlər ki, Təvəkkül müəllimin sözü keçər. Sən isə elə edirsən ki, sözüm keçmir. Təkcə onlara “yox” demirsən, həm də məni hörmətsiz edirsən. Müəyyən dairələr də ağsaqqallığı gözləməlidirlər. Ağsaqqal ağıllı söz deyirsə, kişi söhbəti edirsə, gərək, müəyyən təşkilatlar ona kömək etsinlər, ağsaqqal hörmətli olsun. Sonra deyirlər ki, Təvəkkül müəllim sovetlər dövrünü tərifləyir. Tərifləmirəm, reallığı danışıram. Mən Sovet dövründə doğulmuşam. O dövrdə ağsaqqala daha çox hörmət var idi, nəinki indi. İndi nə ağsaqqal ağsaqqallıq edə bilir, nə də ağsaqqallara o münasibət bəslənilir. Ağsaqqallıq çox böyük mərtəbədir. Vaxtilə Azərbaycanda ağsaqqallıq bir institut olub. İndi adını qoyublar “Şura””
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin