BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı

"Naxçıvan Taxıl Məhsulları" MMC-nin rəhbəri barədə cinayət işi başlanılıb.

 

MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində şübhəli bilinir.

 

Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.

 

Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə bağlı olduğu bildirilən "Gəmiqaya Holdinq"lə əlaqəsi olduğu iddia olunur.

 

Belə ki, "MEST-1" və "MEST-3" MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda "Gəmiqaya Turizm" MMC-nin də qanuni təmsilçisidir.

 

Xatırladaq ki, "Gəmiqaya Holdinq"in adı bir müddət əvvəl "Arkoz Holdinq" olaraq dəyişdirilib. Hazırda isə ölkədə "Gəmiqaya" və "Arkoz" adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.

 

Oxu.az

Tarix: 11 Mart 2026, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin