BURADA REKLAMINIZ OLA
BİLƏR

Dubayda xəsarət alan azərbaycanlı xəstəxanadan buraxılıb, bu gün ölkəyə qayıdacaq

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.

 

Bu barədə Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan məlumat verilib.

 

Bildirilib ki, Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb.

 

"Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur", - qeyd olunub.

Tarix: 11 Mart 2026, 15:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin