BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qəbələ" "Səbail"i böyük hesabla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

 

Pravda.az-ın məlumatına görə, açılış matçında "Qəbələ" və "Səbail" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekulaşıb - 3:0. Hər iki topu 22-ci və 45+2-ci dəqiqələrdə Davit Volkov vurub. Bununla da gürcüstanlı hücumçu qollarının sayını 4-ə çatdırıb. Oyunda son nöqtəni isə 90+2-ci dəqiqədə Ülvü İsgəndərov qoyub.

 

80-ci dəqiqədə isə "Səbail"in futbolçusu Əli Sadıxov qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

 

İlk ev qələbəsinə rəğmən, "Qəbələ" 9 xalla sonuncu pillədə qalıb. "Səbail" isə 11 xalla 4-cüdür.

 

Tarix: 9 Noyabr 2019, 22:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin