BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçməyən halsızlıq və çəki itkisi: Bu simptomlar bəzi təhlükələrdən xəbər verir

"Limfoma adi xərçəng növlərindən fərqli olaraq bütün orqanizmi zədələyə bilər".

 

Bu barədə News.ru-ya həkim-onkoloq Umar Xomidi bildirib. Mütəxəssisin sözlərinə görə, bu xəstəliyin bir çox forması hətta gecikmiş mərhələdə olsa belə, uğurla müalicə edilir.

 

"Limfoma limfa sisteminin şişidir. Klassik orqan xərçəngindən fərqli olaraq, bu xəstəlik immunitet hüceyrələrini zədələyir və bütün bədənə yayıla bilər. Xəstəliyin əsas simptomlarına limfa düyünlərinin ağrısız böyüməsi, gecə tərləmələri, halsızlıq, səbəbsiz temperatur yüksəlməsi və çəki itkisi daxildir. Risk dərəcəsi xəstəliyin növündən asılıdır: aqressiv variantlar olsa da, bir çox limfoma növü hətta irəliləmiş mərhələlərdə yüksək müalicə potensialına malikdir", - deyə həkim qeyd edib.

 

Oxu.az

Tarix: 17 Mart 2026, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin