BURADA REKLAMINIZ OLA
BİLƏR

Lələtəpəyə bayraq sancan polkovnik həbs edildi

Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun məşhur polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.


Pravda.az-ın xəbərinə görə, bu barədə polkovnikin yaxınları bildirib.


Xatırladaq ki, 1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib.


Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib,1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb,1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində snayper atəşi və minamyot partlayışından ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.


Daha sonra Naxcıvanski adına Hərbi litseyə rəis müavini təyin edilib,bir müddət rəis vəzifəsin icra edib 6 ay öncə Silahlı qüvvələrdən təxris olub.Gununsesi.org

Tarix: 14 Dekabr 2019, 23:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin