BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 8-ci sinif şagirdi xəsarət alıb

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.

 

Məktəbin 8-ci sinif şagirdi dərs vaxtı məktəbdən yayınmaq istəyərkən təhlükəli addım atıb, özünü 2-ci mərtəbədən atıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik açıqlanmayıb.

 

Konkret.az

Tarix: 17 Mart 2026, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin