BURADA REKLAMINIZ OLA
BİLƏR

Tayt geyinərkən edilən 8 səhv

Tayt rahat və gündəlik geyimlər arasında ən çox seçilənlərdən biridir.
 

Pravda.az bildirir ki, lakin onu geyinərkən edilən bəzi səhvlər həm görünüşü korlaya, həm də narahatlıq yarada bilər.


Yanlış ölçü seçmək


Çox dar və ya çox geniş tayt seçmək ən çox edilən səhvlərdəndir. Uyğun ölçü seçmək həm rahatlıq, həm də səliqəli görünüş üçün vacibdir.


Nazik və keyfiyyətsiz parça
 

Nazik parça bədən xətlərini həddindən artıq göstərərək xoşagəlməz görüntü yarada bilər. Buna görə daha qalın və keyfiyyətli materiallara üstünlük vermək məsləhətdir.


Uyğun alt geyimi seçməmək


Yanlış alt geyimi taytın altından görünə bilər. Bu isə ümumi görünüşə mənfi təsir edir.


Çox qısa üst geyimlə kombin etmək


Taytı çox qısa köynək və ya bluzla geyinmək bəzən balanssız görünüş yaradır. Uzun tunika və ya köynəklərlə kombin etmək daha uyğun hesab olunur.


Uyğun olmayan ayaqqabı seçimi
 

Tayt hər ayaqqabı ilə uyğun görünməyə bilər. İdman ayaqqabıları, çəkmələr və ya rahat gündəlik ayaqqabılarla daha yaxşı kombin edilir.
 

Köhnəlmiş tayt geyinmək


Vaxt keçdikcə taytlar elastikliyini itirə və forması pozula bilər. Bu halda onları yenisi ilə əvəz etmək daha düzgün seçimdir.


Çox parlaq və ya həddindən artıq naxışlı modellər


Həddindən artıq parlaq və ya qarışıq naxışlı taytlar gündəlik kombinlərdə çətin uyğunlaşdırılır.


Yanlış rəng seçimi

Rəng seçimi də ümumi görünüşə təsir edir. Klassik rənglər daha asan kombin edilir.


Əminə Bayramova 

Tarix: 17 Mart 2026, 17:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin