BURADA REKLAMINIZ OLA
BİLƏR

Nanə Ağamalıyeva qayıdır

Aparıcı Nanə Ağamalıyeva uzun fasilədən sonra efirə qayıdır.

 

Bununla bağlı məlumatı ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli təsdiqləyib. O bildirib ki, Nanə yaxın günlərdə tamaşaçı qarşısına çıxacaq.

 

"Nanəli" verilişi yeni formatda, yeni studiya dekoru ilə efirə qayıdır" - deyə Ozal İbrahimli əlavə edib.

 

Qeyd edək ki, Nanə Ağamalıyeva ötən il "7 Tamam" proqramına aparıcılıq edib. Onun proqramının yayımı dayandırılıb. Bu mövsüm isə Nanə heç bir verilişlə efirə çıxmayıb./Axşam.az

Tarix: 18 Mart 2026, 12:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin