BURADA REKLAMINIZ OLA
BİLƏR

SEPAH: Çoxbaşlıqlı “Qədr”, “Hacı Qasim”, “Emad” və “Xeybərşekən” tipli raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

İranın son hücumunda regiondakı bütün ABŞ hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub.

 

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

 

Bəyanatda bildirilib ki, 62-ci hücum dalğasında ABŞ-ın hərbi obyektləri, həmçinin İsrail ordusunun Təl-Aviv, Hayfa və digər şəhərlərdəki toplanma məntəqələri və dəstək mərkəzləri hədəf alınıb.

 

Qeyd olunub ki, hücumlar çoxbaşlıqlı “Qədr”, “Hacı Qasim”, “Emad” və “Xeybərşekən” tipli raketlərlə həyata keçirilib.

Tarix: 18 Mart 2026, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin