BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə dələduzluqda təqsirləndirilən şirkət rəhbəri ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə "Alfa Tikinti Təmir” şirkətinin dələduzluqda təqsirlənidirilən rəhbəri Pərviz Rzayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Pərviz Rzayev bir neçə nəfərdən pul alaraq onlara mənzil tikəcəyini vəd edib. Lakin vədinə əməl etməyib.

 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra Pərviz Rzayev saxlanılıb.

 

Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

 

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Pərviz Rzayevə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 6 ay 10 gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində 1  il 11 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

 

"Alfa Tikinti Təmir” MMC 26 dekabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 19 Mart 2026, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin