BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ölkənin ictimai-siyasi həyatının mənzərəsini dəyişdirən siyasi-hüquqi, institusional və kadr islahatları daha da intensivləşib”

“Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial xidmət sisteminin təkmilləşməsi və əhatə dairəsinin genişlənməsinə, sosial xidmətlərin keyfiyyətinin və bu xidmətlərə əlçatanlığın daha da artırılmasına xidmət edir. Hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, Azərbaycanda mütəmadi surətdə həyata keçirilən institusional islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir: “Ümumiyyətlə, Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən faktorlardan biri məhz davamlı islahatların həyata keçirilməsi və dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin olunmasını, idarəetmə sisteminin təkmilləşdirilməsini, həyata keçirilən islahatların davamlılığının təmin olunmasını və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Bu gün hakimiyyətin bütün qollarında - qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları daha da intensivləşib”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Mart 2026, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin