BURADA REKLAMINIZ OLA
BİLƏR

“İnstitusional islahatlar dövlət qurumlarında şəffaflığın gücləndirilməsinə yönəlib” – RƏY

“Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar ilk növbədə dövlət idarəçiliyində çevikliyi və effektivliyin artırılmasına xidmət edir. Müasir dövrdə iqtisadi və sosial proseslər sürətlə dəyişir. İdarəetmə mexanizmlərinin daha da operativ və nəticəyönümlü olması zəruridir. Yeni qanunvericilik təşəbbüsləri məhz bu istiqamətdə çağırışlara cavab verməkdədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

Eyyub Kərimli: “Azərbaycan biznesin qeydiyyatı prosesi üzrə ən qabaqcıl  təcrübələrdən birinə malikdir”

Ekspert bildirib ki, institusional islahatlar dövlət qurumlarında şəffaflığın gücləndirilməsinə yönəlib: “Bu da dövlət orqanlarında ictimai etimadı artırır. Həm də biznes mühitinin daha sağlam proqnozlaşdırılması həyata keçirilə bilər. Nəticədə investisiya cəlb ediciliyi də yüksəlib. Hesab edirəm, bu qərarlar iqtisadiyyatın identifikasiyası və dayanıqlı inkişaf strategiyası ilə uzlaşır. Belə ki, dövlət idarəçiliyində struktur dəyişiklikləri resursların daha da səmərəli bölüşdürülməsinə, qeyri-neft sektorunun inkişafına və regional balansın gücləndirilməsinə imkan verəcək. Eyni zamanda, bu islahatları post-neft dövrünə hazırlıq kontekstində də qiymətləndirmək daha məqsədəuyğun olardı. İnstitusionallaşmış, rəqəmsallaşmış və nəticəyönümlü idarəetmə modeli uzunmüddətli iqtisadi sabitliyi şərtləndirən amillərdən biridir. Nəticə etibarilə, hesab edirəm ki, qəbul olunan yeni qanunvericilik aktları yalnız cari idarəetmənin təkmilləşməsinə deyil, həm də Azərbaycanın uzunmüddətli inkişaf modelini daha dayanıqlı, rəqabətli əsasların üzərində qurulmasına xidmət edən mühüm addım kimi dəyərləndirə bilərik”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Mart 2026, 17:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin