BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəzifəli şəxs qəzada ağır yaralandı - FOTO

Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewo”, “Tayota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü  Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Yaralılardan kəllə-beyin travması alan “Tayota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

 

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzəm xəstəxanasının baş həkimidir. Faktla bağlı araşdırma aparılır.APA

Fotoları təqdim edirik
Tarix: 4 Avqust 2020, 00:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin