BURADA REKLAMINIZ OLA
BİLƏR

Erol Köse vəfat etdi

Tanınmış türkiyəli prodüser, keçmiş musiqiçi Erol Köse 61 yaşında dünyasını dəyişib.

 

Pravda.az  "Haber Global"a istinadən xəbər verir ki, sənətçi İstanbulda yaşadığı mənzilin 16-cı mərtəbəsindən yıxılaraq vəfat edib.

 

İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

 

Köse Türkiyədə "Comedy Dance Trio" qrupu ilə məşhurlaşıb. Qrup dağıldıqdan sonra o, karyerasına prodüser kimi davam edib.

Tarix: 23 Mart 2026, 18:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin