BURADA REKLAMINIZ OLA
BİLƏR

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

““Aİ-92” markalı benzinin ucuzlaşma ehtimalı sıfıra yaxındır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Natiq Cəfərli: "İnsanlar təkcə Prezidentə yox, Ali Baş Komandana səs  verdilər, o, bunu haqq edirdi..." Pravda.az

“Neft bahalaşırsa, benzin necə ucuzlaşa bilər? “Aİ-95”in qiyməti təbii inhisarçı olan SOCAR tərəfindən tənzimlənir, dövlət tərəfindən tənzimlənmir, yəni bu markalı benzin Tarif Şurasına aid deyil. SOCAR isə istədiyi qiyməti istədiyi vaxt qoya bilir. “Aİ-92” markalı benzinin qiyməti isə dövlət tərəfindən tənzimlənir. Tarif Şurası istənilən an bu benzinin qiymətini artıra da bilər, azalda da. İndiki dövrdə düşünmürəm ki, qiymətin ucuzlaşması ilə bağlı qərar versinlər, çünki benzinin qiymətini bu yaxınlarda artırıblar. Ucuzlaşma bir kənara qalsın, heç olmasa bahalaşdırmazdılar, amma bahalaşdırdılar. Dizel yanacağı 10 qəpik, “Aİ-95” isə 5 qəpik bahalaşdı. Buna görə də “Aİ-92” markalı benzinin ucuzlaşacağı ehtimalı sıfıra yaxındır”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 24 Mart 2026, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin