Reklam

Azərbaycanda bələdiyyə sədrinin övladları kəndliləri bıçaqladılar - FOTOLAR

Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər arasında yaranan mübahisə nəticəsində kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlubir neçə bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Zərərçəkənin anasının sözlərinə görə, mübahisə zərərçəkənlə onun həmkəndliləriElim, Şirvan Adıgözəl oğulları (kəndin bələdiyyə sədrinin oğulları-red) və Hüseynov Sahib Sərdar oğlu arasında yaranıb. Yaralının vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Fakt araşdırılır.Report

Fotoları təqdim edirik
Tarix: 15 Dekabr 2019, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin