BURADA REKLAMINIZ OLA
BİLƏR

Rasim Balayev harada dəfn olunacaq? - Vida və dəfn yeri məlum oldu

Xalq artisti, aktyor Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.


Pravda.az-ın xəbərinə görə, Rasim Balayevlə vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulub.


Qeyd edək ki, aktyor ağciyər xərçəngindən əziyyət çəkib. Türkiyədə müalicə alan aktyor bu gün səhər İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Rasim Balayevin cənazəsinin bu gün Bakıya göndərilməsinin planlaşdırıldığını açıqlayıb.

Tarix: 29 Mart 2026, 16:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin