“Hər il martın 31-i Azərbaycan xalqı üçün dərin kədər və milli yas günüdür. 1998-ci ildən başlayaraq dövlət səviyyəsində qeyd olunan bu tarix yalnız bir günün deyil, əsrlik faciənin, sistematik məhvetmə siyasətinin və unudulmaz itkilərin simvoluna çevrilib. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin dərin tarixi kökləri var. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bu siyasətin ən dəhşətli təzahürlərindən biri 1918-ci ilin mart-aprel aylarında baş verib. 1918-ci ilin 30 mart — 3 aprel tarixlərində Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törədiblər. Bu qırğınlarda Bakı şəhərinin 6 min silahlı əsgəri "Daşnaksutyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Qurbanlar arasında yalnız azərbaycanlılar deyil, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da olub. Yaşayış məntəqələri dağıdılb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqi Həmzəyev deyib.

Deputat xatırladıb ki, Şamaxıda baş vermiş hadisələrin tam mənzərəsi bu günə qədər tam formalaşmayıb, çünki ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə məhv edilib: "Bununla belə, mövcud sənədlər kifayət qədər dəhşətli faktları ortaya qoyur. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığını təsdiqləyib. Ekspertlərin rəyinə görə, Şamaxıda 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq öldürülüb. Yerli tədqiqatçıların 100-ə yaxın şahidin ifadələri əsasında apardıqları araşdırmalar daha ağır rəqəmlər ortaya qoyur: şəhərdə 14-16 min, 40 kənd və obada 6-8 min nəfər qətlə yetirilib, 18 mindən çox insan didərgin düşüb. Quba qırğınları zamanı şəhərdə 2900-dək, Quba qəzası üzrə isə 4000 nəfərdən artıq insan həlak edilib, 122 kənd tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb. 1918-ci ilin əvvəlindən başlayaraq erməni silahlı dəstələri İrəvan quberniyasında da azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlar, uşaqlar və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. Zəngəzur qəzasında isə 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb, 50 mindən çox azərbaycanlı qaçqına çevrilib".
N.Həmzəyev bildirib ki, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalayaraq martın 31-ni rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edib: "1999-cu il martın 30-da isə Fərmanın icrasına dair tədbirlər planı təsdiq edildi. Ulu Öndər bu tarixi addımın əhəmiyyətini belə ifadə etmişdi: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir".
2007-ci ildə kütləvi məzarlığın aşkarlanmasından sonra Prezident İlham Əliyev 2009-cu il dekabrın 30-da Qubada "Soyqırımı Memorial Kompleksi"nin yaradılması barədə Sərəncam imzaladı. Kompleks 2013-cü ilin sentyabrında açıldı. 3,5 hektar sahəni əhatə edən bu kompleks 5 hissədən ibarətdir və xalqın milli yaddaşının daşıyıcısına çevrilib. Prezident İlham Əliyev açılış mərasimində bildirdi: "Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir". 2018-ci il yanvarın 18-də Prezident İlham Əliyev "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzaladı. Sərəncamla yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanması tapşırıldı, Milli Məclisə isə xüsusi iclas keçirməsi tövsiyə edildi. 31 Mart — Azərbaycanlıların Soyqırımı Günü yalnız tarixi bir hadisənin yad edilməsi deyil, bu günün nəslinə düşən ciddi bir məsuliyyətin xatırladılmasıdır. Soyqırımı faktlarının dünya birliyinə çatdırılması, saxta erməni təbliğatına qarşı həqiqətin müdafiəsi və qurbanların xatirəsinin əbədiləşdirilməsi hər bir azərbaycanlının mənəvi borcu olaraq qalır. Prezident İlham Əliyevin sözləri ilə desək, bu faciənin tədqiqi Azərbaycan tarix elminin qarşısında duran ən mühüm vəzifələrdən biri olaraq qalmaqda davam edir".
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin