BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Babək rolunu oynayıb deyə əlinə qılınc götürüb vuruşmalıdır?

“Rasim Balayev görkəmli aktyordur. Başa düşmürəm, Babək rolunu oynayıb deyə əlinə qılınc götürüb küçələrə çıxıb qəhrəmanlıq etməlidir? Onu deyənlər bilmirəm, nə umur, niyə tənqid edirlər? Mən belə adamları qəbul etmirəm”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas mərhum Xalq artisti Rasim Balayev haqqında tənqidi fikir söyləyənlərə münasibət bildirərkən deyib.

 

A.Abbas bildirib ki, Xalq artistini qınayanlar düzgün mövqedə deyillər: “Rasim Balayev bütün rollarını gözəl oynayıb. O, nə Babək, nə Nəsimi, nə də Dədə Qorquddur, aktyor idi. Rasim bəy rolları çox gözəl canlandırıb. Əlinə qılınc götürüb vuruşmalıdır? Kimlə, nə ilə vuruşmalıdır ki Babək olsun? Qarşısına Babək olmağı, ya Nəsimi olub, dərisini soydurmaq məqsədi qoymayıb. Rasim Balayev onları canlandırıb, xalqa sevdirib. Aktyordan qəhrəmanlıq tələb etmək... Bilmirəm dünyada belə aktyorlar varmı ki, məsələn, Silvestr Stallone da, görəsən, Amerika dövləti ilə və ya kimləsə vuruşub? Aktyordur “Rembo” oynayıb. Digər aktyorlar da həmçinin... Düz düşünmürlər. Rasimin şöhrətini qəbul edə bilmirlər. Şöhrətinin paxıllığını çəkənlər, qibtə edənlər var. Onlar da öz fikirlərini sosial şəbəkələrdə bildirirlər. Həm də həyatdan getmiş insanın əleyhinə danışmaq, onun haqqında başqa nələrsə söyləmək nə azərbaycanlıya, nə də müsəlmana yaraşır”.

 

Şəhanə Quliyeva

Tarix: 31 Mart 2026, 12:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin