Reklam

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yeni təyinat olub.

 

Pravda.az-ın "Report"a istinadən məlumatına görə, Şöhrət Süleymanlı Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

 

O, 2024-cü ilin aprel ayından 2026-cı ilin aprel ayına qədər MİDA-da Beynəlxalq əlaqələr və investisiyaların təşviqi sektorunun rəhbəri vəzifəsində çalışıb, eyni zamanda 2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji fəaliyyətlə məşğuldur.

 

Ş. Süleymanlı 2015-2019-cu illərdə UNEC-də Dünya iqtisadiyyatı ixtisası üzrə, 2017-2018-ci illərdə Türkiyənin Hacettepe Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr təhsili alıb, 2019-2022-ci illərdə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) İqtisadi-riyazi modelləşdirmə ixtisası üzrə magistr dərəcəsi əldə edib.

 

Bununla yanaşı, o, 2023-cü ilin noyabr ayından Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Ümumi iqtisadiyyat – iqtisadi modelləşdirmə ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə təhsil alır.

Tarix: 2 Aprel 2026, 14:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin