Reklam

Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb

Aprelin 2-də doğma yurduna yola salınan köç karvanı Kəlbəcər şəhərinə çatıb.

 

Pravda.az xəbər verir ki, bu mərhələdə köçürülən 113 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib.

 

Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

 

Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

Fotoları təqdim edirik
Tarix: 2 Aprel 2026, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin