BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

 

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

 

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

 

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Fotoları təqdim edirik
Tarix: 6 Aprel 2026, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin