Reklam

Əlikram Bayramovun qadağa dövründə balıq ovuna çıxması tənqid edildi - VİDEO

Müğənni Əlikram Bayramov sosial şəbəkədə qadağa dövründə “Şaqay” kanalında balıq ovuna çıxması barədə yayılan görüntülərə aydınlıq gətirib.

 

Bu barədə Pravda.az-a açıqlama verən müğənni deyib ki, həmin video ötən ilin may ayında çəkilib.

 

“Köhnə videodur, keçən il mayın 1-də çəkilib. Sosial şəbəkə hesabımda baxın, paylaşılıb, baxa bilərsiniz. Səhifələrdir də, bilmirlər ki, nə yaysınlar...” - Ə.Bayramov bildirib.

 

Qeyd: Hər il aprelin 1-dən sentyabrın 1-dək Kür çayı, Sarısu gölü, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye məqsədilə balıq ovu qadağan olunur. “Şaqay” kanalı da bu su hövzələrinə daxildir. Məlum video ötən ilin may ayında çəkilibsə belə, yenə də qadağa dövrünə düşür.

 

Aytəkin Qardaşova

 

 

Tarix: 6 Aprel 2026, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin