BURADA REKLAMINIZ OLA
BİLƏR

Hörmüz boğazından sərbəst keçid iki həftə ərzində mümkün olacaq - İran XİN

Atəşkəs elan edildikdən sonra iki həftə ərzində Hörmüz boğazından keçid sərbəst olacaq.

 

Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

 

"İran silahlı qüvvələri ilə koordinasiyalı şəkildə və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla, Hörmüz boğazından təhlükəsiz keçid iki həftə ərzində mümkün olacaq", - deyə o bildirib.

 

O əlavə edib ki, "İrana hücumlar dayandırılarsa, İslam Respublikasının silahlı qüvvələri də müdafiə hücumlarını dayandıracaq".

 

Trend

Tarix: 8 Aprel 2026, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin